Əsas məzmuna keç

Üzeyir Hacıbəyli festivalı ilə bağlı Musiqi Akademiyasında konsert keçirilib

Üzeyir Hacıbəyli festivalı ilə bağlı Musiqi Akademiyasında konsert keçirilib

tədbirdə Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər. BMA-nın rektoru Xalq...

Sentyabrın 18-də Milli Gününün daha bir tədbiri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) keçirilib.

Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbirdə Nazirliyinin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.

BMA-nın rektoru Xalq Fərhad Bədəlbəyli dahi bəstəkar Üzeyir Hacıbəylinin mədəniyyət tariximizdə rolundan danışıb. Deyib ki, Azərbaycanın zəngin musiqi mədəniyyətimizi, Üzeyir bəyin ənənələrini yaşatmalı və inkişaf etdirməliyik.

Daha sonra proqramı təqdim olunub. Konsertdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestri (bədii rəhbər və baş dirijor Xalq artisti, general-mayor Yusif Axundzadə), Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova), Əməkdar artist Xəyyam Mustafazadə, solistlər Aynur İsgəndərli, Kənan Qədimov və başqaları çıxış ediblər. Proqramda Ü.Hacıbəylinin "Koroğlu" operasından "Uvertüra" və "Rəqs", "Ey Vətən", M.Maqomayevin "Odlar yurdu", F.Bədəlbəylinin "Anamız Azərbaycan", R.Axundzadənin "Qələbə marşı" əsərləri və "Heyratı" zərbi muğamı səsləndirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…