Operativ Məlumat Mərkəzi

Ümid Partiyası: "Prezident seçkiləri azad və şəffaf keçirilib, nəticələri legitim və ədalətlidir"

2 dəq
Paylaş:
Ümid Partiyası: "Prezident seçkiləri azad və şəffaf keçirilib, nəticələri legitim və ədalətlidir"

Ümid Partiyası 7 fevral 2024-cü ildə keçirilən seçkilərini azad və şəffaf, nəticələrini və ədalətli hesab edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Ümid Partiyasının bəyanatında bildirilib.

Bəyanatda deyilir:

"7 fevral 2024-cü ildə növbədənkənar təyin olunduqdan sonra Azərbaycan Ümid Partiyası Mərkəzi Aparat və Yerli Təşkilatlarında müzakirələr keçirərək, yekdil qərarla bu seçkilərdə Azərbaycan Respublikasının Prezidenti, qələbəsinin və suverenliyimizin ölkə ərazisində bərqərar olmasının memarı cənab İlham Əliyevi dəstəkləmişdir.

Seçki təbliğatı dönəmində partiyanın səlahiyyətli şəxsləri çoxsaylı çıxışlarında bu qərarın tarixi əhəmiyyətini və vacibliyini seçicilərə çatdırmış, müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verilməsinin ölkəmiz üçün faydalarından danışmışlar.

Seçki günü çoxsaylı müşahidəçilərimiz dairə və məntəqələrdə seçki prosesini izləmiş, seçkilərin Seçki Məcəlləsinə uyğun keçirilməsini təsbit etmişlər. Hər kəs sərbəst və azad şəkildə seçkidə iştirak edərək, mövqeyini ifadə etmişdir.
Bu seçki ölkədə indiyə qədər keçirilmiş seçkilərdən öz mahiyyəti, azad və şəffaflığı baxımından əhəmiyyətli dərəcədə fərqlənmişdir.

Müstəqilliyimiz bərpa olunandan sonra ilk dəfə idi ki, ölkənin bütün ərazisində seçki keçirilirdi.

Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevə Cənubi Qafqazda əbədi sülh və barışın olması üçün başladığı işi uğurla davam etdirməsi, ölkəmizin problemlərinin həlli istiqamətində can sağlığı və müvəffəqiyyət arzu edir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax