Operativ Məlumat Mərkəzi

Ukrayna XİN: "Saakaşviliyə qarşı qeyri-insani rəftara kəskin etiraz edirik"

2 dəq
Paylaş:
Ukrayna XİN: "Saakaşviliyə qarşı qeyri-insani rəftara kəskin etiraz edirik"

Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanda dəmir barmaqlıqlar arxasında saxlanılan Ukrayna vətəndaşı Mixeil Saakaşviliyə qarşı qeyri-insani rəftara kəskin edir".

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bildirib.

Bəyantda qeyd olunub ki, "Saakaşviliyə qarşı SSRİ NKVD-nin ən pis ənənələrindən olan psixoloji və fiziki zorakılıq tətbiq edilir, onun təcili tibbi yardıma ehtiyacı inkar edilir, Saakaşvilinin həyatına bilərəkdən birbaşa təhlükə yaradılır.

Ukrayna vətəndaşına qarşı insan hüquqlarının kobud şəkildə pozulması Tbilisinin Aİ-yə üzvlüklə bağlı elan etdiyi kursa ziddir və Gürcüstanda demokratiyanın iflasından xəbər verir".

Ukrayna XİN hakimiyyətini Saakaşvilini Ukraynaya təhvil verməyə çağırıb.

"Siyasi qisas üçün insanın həyatı ilə oynamayın. Biz həmçinin xarici hökumətlərə və təşkilatlara müraciət ki, Gürcüstan hakimiyyətinin siyasi repressiyası nəticəsində həyatı təhlükədə olan Ukrayna vətəndaşını, Gürcüstanın keçmiş prezidentini açıq müdafiə etsinlər", - Ukrayna XİN-in bəyanatında vurğulanır

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax