Ukrayna XİN: "Saakaşviliyə qarşı qeyri-insani rəftara kəskin etiraz edirik"

Ukrayna XİN: "Saakaşviliyə qarşı qeyri-insani rəftara kəskin etiraz edirik"
02.02.2023 14:25
Aa
dəq

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanda dəmir barmaqlıqlar arxasında saxlanılan Ukrayna vətəndaşı Mixeil Saakaşviliyə qarşı qeyri-insani rəftara kəskin etiraz edir".

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bildirib.

Bəyantda qeyd olunub ki, "Saakaşviliyə qarşı SSRİ NKVD-nin ən pis ənənələrindən olan psixoloji və fiziki zorakılıq tətbiq edilir, onun təcili tibbi yardıma ehtiyacı inkar edilir, Saakaşvilinin həyatına bilərəkdən birbaşa təhlükə yaradılır.

Ukrayna vətəndaşına qarşı insan hüquqlarının kobud şəkildə pozulması Tbilisinin Aİ-yə üzvlüklə bağlı elan etdiyi kursa ziddir və Gürcüstanda demokratiyanın iflasından xəbər verir".

Ukrayna XİN Gürcüstan hakimiyyətini Saakaşvilini Ukraynaya təhvil verməyə çağırıb.

"Siyasi qisas üçün insanın həyatı ilə oynamayın. Biz həmçinin xarici hökumətlərə və beynəlxalq təşkilatlara müraciət edirik ki, Gürcüstan hakimiyyətinin siyasi repressiyası nəticəsində həyatı təhlükədə olan Ukrayna vətəndaşını, Gürcüstanın keçmiş prezidentini açıq müdafiə etsinlər", - Ukrayna XİN-in bəyanatında vurğulanır

Həftənin ən çox oxunanları

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar - YENİLƏNİB

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb

Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
DAVAMIN OXU davamın oxu

Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır

Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
DAVAMIN OXU davamın oxu

Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər

Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü

Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
DAVAMIN OXU davamın oxu