Operativ Məlumat Mərkəzi

Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində əks-hücum əməliyyatlarına başlayıb- YENİLƏNİB

2 dəq
Paylaş:
Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində əks-hücum əməliyyatlarına başlayıb- YENİLƏNİB

Silahlı Qüvvələri ölkənin şərqində, istiqamətində bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Vurğulanıb ki, əks-hücum əməliyyatlarında 1000-dən çox hərbçi, 40-a qədər tank iştirak edib.

Məlumata görə, Ukrayna ordusu 26 dəfə hücum cəhdi edib.

12:37***

Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində əks-hücum əməliyyatlarına başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna teleqramda yazıb.

Onun sözlərinə görə, qarşı tərəf şərqdə bir neçə istiqamətdə irəliləməyə çalışır: “Biz isə təkcə müdafiə olunmuruq. Həm də əks-hücuma keçir və aktiv icra edirik”.

A.Malyar bildirib ki, Rusiya ordusunun güclü olmasına baxmayaraq, Ukrayna Silahlı Qüvvələri qarşı tərəfin irəliləməsinin qarşısını alır: “Bəzi yerlərdə onlar geri çəkilirlər”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax