Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı əks-hücum əməliyyatlarında əldə olunan nəticələrə görə orduya təşəkkür edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlət başçısı bu barədə yayımladığı video müraciətdə bildirib.
Zelenski qızğın döyüşlərin getdiyi bölgələrdəki rəhbər şəxslərlə daim əlaqəda olduğunu vurğulayıb.
Ukrayna lideri həmçinin, Kaxovka SES-nin bəndinin dağıdılmasına görə bir daha Rusiya tərəfini ittiham edib.
Prezident baş verənlərin Rusiya ordusu tərəfindən şüurlu şəkildə həyata keçirildiyini diqqətə çatdırıb
Xatırladaq ki, 3 gün əvvəl Xerson vilayətində yerləşən Kaxovka su elektrik stansiyasının bəndi dağıdılıb. Rusiya mediasının yaydığı məlumata görə, vilayətin 600 kv km sahəsini su basıb, 14 min ev isə su altında qalıb.
Ukraynanın cənub əməliyyat komandanlığı hadisəyə görə Rusiya ordusunu ittiham edib. Səsləndirilən ittihamları rədd edən Rusiya tərəfi isə öz növbəsində, Kaxovka SES-ə Ukrayna ordusunun atəş açdığını bildirib.
Ukrayna prezidenti orduya təşəkkür edib
dövlət başçısı bu barədə yayımladığı video müraciətdə bildirib. Zelenski qızğın döyüşlərin getdiyi bölgələrdəki rəhbər şəxslərlə daim əlaqəda olduğunu...
Əlaqəli xəbərlər
Avropa xəbərləri
Zelenski: Yeni üçtərəfli danışıqlara hazırlıq görülür
Avropa xəbərləri
Trampdan Putinə mesaj: "Müharibə bitməlidir"
Avropa xəbərləri
Ukrayna bir gündə təxminən 1340 əsgər itirib
Avropa xəbərləri
Mark Rutte NATO-nun qarşısındakı əsas vəzifəni açıqladı
Növbəti xəbər yüklənir…