Operativ Məlumat Mərkəzi

Ukrayna əks-hücum əməliyyatlarına hazırlaşır

2 dəq
Paylaş:
Ukrayna əks-hücum əməliyyatlarına hazırlaşır

“Silahlı lazımi hərbi-hazırlıq səviyyəsinə çatanda əks-hücum əməliyyatlarına başlayacağıq”.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın Milli və Müdafiə Şurasının (MTMŞ) Oliksiy deyib.

O bildirib ki, əməliyyatların başlaması an məsələsidir.

Katib söyləyib ki, müttəfiqləri Ukraynanı ağır zirehli texnika və sursatla təmin etməklə hücumun başlamasına köməklik göstərir.

O.Danilov, həmçinin vurğulayıb ki, rəsmi Kiyev əks-hücum əməliyyatları ilə bağlı kiməsə hesabat vermir: “Bu cür mühüm təhlükəsizlik məsələləri Prezidenti Volodimir Zelenski ilə qapalı görüşlərdə həll olunur. Ərazilərimizi nə vaxt, hansı istiqamətdə, hansı sürətlə azad edəcəyimiz barədə qərarları ancaq həmin müzakirələr zamanı veririk”.

MTMŞ-nın katibi bildirib ki, Ukrayna əks-hücuma hazırlaşmaq üçün gecə-gündüz işləyir: “Biz şənbə və bazar günləri də işləyirik. Müharibədə məzuniyyət yoxdur. Biz Rusiyanı məğlub edəcəyik. Əgər güclü daxili ruhunuz varsa, mütləq qalib gələcəksiniz. Biz özümüzə inanırıq”.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti V.Zelenski və digər rəsmilər əks-hücum əməliyyatlarının yaxın gələcəkdə başlayacağını açıqlamışdılar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax