Əsas məzmuna keç

Türkiyənin tibbi turizmdən illik gəliri 20 milyard dollara çata bilər

Türkiyənin tibbi turizmdən illik gəliri 20 milyard dollara çata bilər

bunu Türk Sağlıq Turizm Dərnəyinin rəhbəri Servet Terziler bildirib. Onun sözlərinə görə, bu hədəfə çatmaq üçün bəzi addımlar atılmalı, o cümlədən tibbi...

ötən il turizmdən 4 milyard ABŞ dolları gəlir əldə edib, bu rəqəmi yaxın illərdə 20 milyard ABŞ dollarına çatdıra bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türk Sağlıq Dərnəyinin rəhbəri Servet Terziler bildirib.

Onun sözlərinə görə, bu hədəfə çatmaq üçün bəzi addımlar atılmalı, o cümlədən tibbi turizm sahəsində yoxlamaların sayı artırılmaqla, haqsız rəqabətin qarşısı alınmalıdır.

"Məsələn, həkim olmayan şəxslərin xəstəxanalarda otaqlar icarəyə götürərək əkməsi dərhal dayandırılmalıdır. Xidmət İxracatçıları Assosiasiyasının tövsiyyə etdiyi, akkreditə olunmuş qurumlar dəstəklənməlidir. Saç sahəsində işləyə bilən tibb bacıları və anesteziya texnikləri tədris proqramında nəzərə alınmalıdır. Hazırda Türkiyədə 2 000-dən artıq qanuni saç əkimi mərkəzi var. Onların xərcləri qeyri-qanuni fəaliyyət göstərən saç əkimi mərkəzləri ilə müqayisədə çoxdur. Bu da turizm gəlirlərinin artmasına mane olur. Vəziyyətə nəzarət etmək üçün Səhiyyə Nazirliyinin üzərinə öhdəlik düşür", deyə S.Terziler bildirib.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…