Operativ Məlumat Mərkəzi

Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb - YENİLƏNİB

Gürcüstanda qəzaya Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçidən 19-nun nəşi tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Ahaber" məlumat yayıb.

***

Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçidən 18-nin nəşi tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstanın naziri Gela jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, digər iki hərbçinin nəşinin axtarışları davam etdirilir.

Gela Geladze qeyd edib ki, dörd hərbçinin nəşi təyyarənin pilot kabinəsində tapılıb.

Nazir türkiyəli həmkarı ilə daimi əlaqədə olduğunu deyib.

"Biz istintaq qrupu yaratmışıq. Qrupa türkiyəli həmkarlarımız da daxildir. Təyyarə hərbi təyinatlı olduğundan ətraflı məlumatları Türkiyə tərəfi ilə razılaşdırılma ilə mərhələli şəkildə təqdim edəcəyik", - Geladze əlavə edib.

Xatırladaq ki, dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax