Operativ Məlumat Mərkəzi

Türkiyəli nazir: “Vətəndaşlar səsvermədə fəallıq göstərirlər”

3 dəq
Paylaş:
Türkiyəli nazir: “Vətəndaşlar səsvermədə fəallıq göstərirlər”

“Vətəndaşların səsvermə prosesindəki fəallığı və “Cümhur İttifaqı”na dəstək vermələri seçkilərin nəticəsinin necə olacağına bir işarədir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Nureddin Nebati Mersində prezidenti və seçkilərində iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, indiyədək davam edən seçki kampaniyası uğurlu olub: “Seçki kampaniyasını promlemsiz başa çatdırdıq. Nəticələri birlikdə görəcəyik”.

Qeyd edək ki, bu gün Türkiyədə və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Bu gün ölkə daxilində 60 milyon 697 min 843 vətəndaş səs verəcək. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.

Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: - “Cümhur İttifaqı”nın namizədi, hakim və İnkişaf Partiyasının sədri, hazırkı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax