Operativ Məlumat Mərkəzi

Türkiyədəki zəlzələyə görə matəm elan olundu

2 dəq
Paylaş:
Türkiyədəki zəlzələyə görə matəm elan olundu

Türkiyədəki zəlzələ ilə bağlı bu gün və Şimali Makedoniyada matəm günüdür.

"Operativ Məlumat Mərkəzi- OMM" xəbər verir ki, Albaniya və Şimali hökumətləri ötən həftə fevralın 6-da və Suriya sərhədində baş verən nəticəsində həlak olan çox sayda insanın xatirəsinə hörmət əlaməti olaraq fevralın 13-nü milli matəm günü elan edib.

“Şimali Makedoniya vətəndaşlarının düşüncələri və duaları həyatını itirənlərin yaxınları və ailələri ilə birlikdədir. Şimali Makedoniya Respublikasının bütün vətəndaşları adından yaxınlarını itirən hər kəsə başsağlığı verirəm. Dövlət və xalq olaraq bundan sonra da kömək edəcəyik, həmrəy olacağıq", - Şimali Makedoniya Dimitar Kovacevski bildirib.

Albaniyanın Baş naziri də daha əvvəl bəyan edib ki, bu faciədə Türkiyə xalqı ilə həmrəylik üçün ölkədə milli matəm elan olunur.

"Bir müddət əvvəl Albaniyaya bənzər bir fəlakət baş verəndə yaxınımızda olan dost Türkiyə ilə həmrəylik əlaməti milli matəm elan edirik", - Edi Rama bildirib.

Həm Albaniyada, həm Şimali Makedoniyada dövlət bayraqları yarıya qədər endirilib. Həmçinin bu ölkələrin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində də bayraqlar endirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax