Operativ Məlumat Mərkəzi

Türkiyədə zələzələdən sonra 71 bölgədə tədris başlayıb

2 dəq
Paylaş:
Türkiyədə zələzələdən sonra 71 bölgədə tədris başlayıb

Türkiyədə baş zəlzələ səbəbindən 71 bölgədə tədrisin dayandırılmasından sonra bu gün ilk dərs günü başlayıb.

"Operativ Məlumat Mərkəzi - OMM" Anadolu Agentliyinə istinadən xəbər verir ki, zəlzələ bölgəsində isə yardım və sığınacaq ehtiyacı ilə bağlı tədbirlərin görülməsi və zərərin müəyyənləşdirilməsi istiqamətində işlərin fevralın sonuna qədər başa çatdırılması planlaşdırıldığı üçün dərslərin martın 1-dən başlaması planlaşdırılır.

Sözügedən bölgələrdə tədrisə yararlı məktəblərdə veriləcək qərarlara görə uyğun prosesinə başlanılacaq. Bu istiqamətdə tədbirlər görülür.

Qeyd edək ki, Türkiyədə 2022-2023-cü tədris ili üzrə birinci yanvarın 20-də başa çatmışdı və fevralın 6-da ikinci yarımil üzrə tədrisə başlanılacaqdı. Lakin Kahramanmaraşda fevralın 6-sı baş vermiş zəlzələ səbəbindən tədrisin başlaması fevralın 20-dək təxirə salınmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax