Operativ Məlumat Mərkəzi

Türkiyədə yanğınlar səbəbindən 4 əyalətdən 4 minə yaxın sakin təxliyə edilib

2 dəq
Paylaş:
Türkiyədə yanğınlar səbəbindən 4 əyalətdən 4 minə yaxın sakin təxliyə edilib

hökuməti bir həftə ərzində meşə yanğınlarından zərər dörd vilayətdən 4 minə yaxın sakini təxliyə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin İdarə Olunması İdarəsinin () “X” sosial şəbəkəsində hesabında paylaşım edilib.

Məlumata görə, son bir həftə ərzində ölkə ərazisində 131 kənd təsərrüfatı və meşə yanğını baş verib: “AFAD Fəlakətlərə Cavab Planı çərçivəsində havadan və qurudan dərhal tədbirlər həyata keçirib. Yanğının nəzarət altına alındığı ərazilərdə zərərin qiymətləndirilməsi və bununla bağlı tədbirlər həyata keçirilir”.

Qeyd edilib ki, ola biləcək insan tələfatının qarşısını almaq üçün yanğınların yaxınlığında yaşayış məntəqələrində yaşayan vətəndaşlar AFAD, və jandarm qüvvələri tərəfindən təhlükəsiz ərazilərə təxliyə edilib.

Bununla əlaqədar İzmirdə 1430, Manisada 1475, Boluda 516, Aydında 550 nəfər təxliyə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax