Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında nümayəndələrin səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində 7 vilayətdə əməliyyat həyata keçirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat ümumilikdə İstanbul, Ankara, İzmir, Şanlıurfa, Kahramanmaraş, Kilis və Malatyanı əhatə edib.
Əməliyyat zamanı 13 nəfər saxlanılıb.
Xatırladaq ki, Ankara Bölgə Ədliyyə Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib. Bununla da, qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin vəzifəsi isə bərpa olunub.