Əsas məzmuna keç

Türkiyədə 149 hakim futboldan kənarlaşdırıldı

Türkiyədə 149 hakim futboldan kənarlaşdırıldı

Federasiyasında (TFF) baş verən genişmiqyaslı qalmaqalı ilə bağlı nəticəsində 149 futbol fəaliyyətindən diskvalifikasiya olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məsələ Peşəkar Futbol İntizam Şurasının (PFDK) gündəminə çıxarıldıqdan sonra müvafiq cəzalar tətbiq edilib.

Cəza alan hakimlərdən 67-si qərardan apellyasiya şikayəti versə də, TFF-nin Arbitraj Şurası müraciətləri araşdıraraq bütün cəzaları qüvvədə saxlayıb.

Digər 82 hakim isə PFDK qərarlarından şikayətçi olmayıb ki, bu da onların cəzalarının avtomatik olaraq qüvvədə qaldığı anlamına gəlir. Beləliklə, ümumilikdə 149 hakimin karyerası rəsmən başa çatıb.

Qeyd edək ki, TFF prezidenti İbrahim Hacıosmanoğlu daha əvvəl açıqlamasında 371 hakimin mərc hesabı olduğunu, onlardan 152-nin fəal şəkildə mərc oyunlarında iştirak etdiyini bildirmişdi. İstanbul Baş Prokurorluğu qalmaqaldan sonra istintaqın genişləndirildiyini açıqlayıb. Daha 3 hakimlə bağlı isə araşdırmalar davam edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…