Əsas məzmuna keç

Türkiyə yaxınlığında zəlzələ baş verib, bir nəfər ölüb, 69 nəfər yaralanıb - YENİLƏNİB-1

Türkiyə yaxınlığında zəlzələ baş verib, bir nəfər ölüb, 69 nəfər yaralanıb - YENİLƏNİB-1

Türkiyənin cənub-qərb sahillərində baş verən zəlzələ nəticəsində bir nəfərin ölüb, 69 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb.

***

Xəbər kimi, Egey dənizində, ilə arasında 5,8 bal gücündə zəlzələ baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb.


Muğla valisi İdris Akbıyıkın sözlərinə görə, xəsarət zəlzələ zamanı panikaya düşən və yüksəkmərtəbəli binalardan tullananlardır.

***

Egey dənizində, Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Türkiyənin təxminən 95,8 min nəfərin yaşadığı Marmaris şəhərindən 18 km cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı 58 km dərinlikdə olub.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Təsir zonasında sunami təhlükəsi elan edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…