Operativ Məlumat Mərkəzi

Türkiyə XİN Yunanıstanın dəniz səlahiyyət zonalarını pozan xəritəsinə etiraz edib

2 dəq
Paylaş:
Türkiyə XİN Yunanıstanın dəniz səlahiyyət zonalarını pozan xəritəsinə etiraz edib

Xarici İşlər Nazirliyi Yunanıstanın Türkiyənin dəniz zonalarını pozan xəritəni qəbul etdirməyə çalışmasına edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə XİN sözçüzü Öncü Keçeli məlumat verib.

O bildirib ki, Türkiyə Avropa İttifaqının Dəniz Məkan Planlaşdırılması Platformasında yer alan və Egey dənizi ilə Şərqi dənizində Türkiyənin dəniz səlahiyyət zonalarının pozulduğu, Yunanıstana məxsus dəniz məkan planlaşdırılması xəritəsinə etiraz edib.

Türkiyə XİN, sözügedən xəritənin “səlahiyyətli yunan orqanlarına” istinadla yeniləndiyini, Yunanıstanın isə dəniz hüququna zidd şəkildə, rəsmi olaraq elan etmədiyi guya Şərqi Aralıq dənizi Xüsusi İqtisadi Zonası­nı Aİ vasitəsilə legitimləşdirməyə çalışdığını vurğulayıb.

Türkiyə bu addımı “qanunsuz fakt qarşısında qoyma cəhdi” kimi qiymətləndirərək rədd edib və 18 mart 2020-ci ildə BMT-yə təqdim etdiyi Şərqi Aralıq dənizindəki kontinental şelf sərhədlərini xatırladaraq, yunan xəritəsində göstərilən həmin guya Xüsusi İqtisadi Zonanın Türkiyə kontinental şelfinin daxilində qaldığını qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax