Operativ Məlumat Mərkəzi

Türkiyə XİN: Krım tatarlarının hüquqlarının bərpa olunmamasından narahatıq

2 dəq
Paylaş:
Türkiyə XİN: Krım tatarlarının hüquqlarının bərpa olunmamasından narahatıq

Krım tatarlarının pozulan hüquqları hələ də olunmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin Krım Tatar Türk xalqının 1944-cü il mayın 18-də sovet hakimiyyəti tərəfindən sürgün edilməsinin 80-ci ildönümü ilə bağlı yaydığı bəyanatda əks olunub.

“80 il əvvəl, bu gün yüz minlərlə Krım tatarı ana vətənlərindən zorla müxtəlif ölkələrə sürgün edilib, qeyri-insani davranışlara məruz qalıblar. Nəticədə aralarında , uşaq və qadın olmaqla xeyli insan həyatını itirib. Krımın qeyri-qanuni ilhaqı isə yeni kədərlərə səbəb olub”.

Qeyd olunub ki, Türkiyə hər zaman Krım tatarlarının yanında olacaq: “Çərkəz sürgünü” Türkiyənin kədərlə xatırladığı bir başqa faciədir. Bundan 160 il əvvəl mayın 21-də Qafqaz xalqları çox ağır şərtlərlə ana vətənlərini tərk etməyə məcbur qaldılar, çox sayda insan həyatını itirdi. Krım tatarlarının və Qafqazın qardaş xalqlarının kədərlərini paylaşır və xatirələrini hörmətlə anırıq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax