Operativ Məlumat Mərkəzi

Türkiyə və Belarus prezidentləri Astanada Rusiya-Ukrayna böhranının nizamlanmasını müzakirə ediblər

1 dəq
Paylaş:
Türkiyə və Belarus prezidentləri Astanada Rusiya-Ukrayna böhranının nizamlanmasını müzakirə ediblər

dövlət başçıları Rəcəb Tayyib və Aleksandr Lukaşenko Astanada keçirilən ŞƏT sammiti çərçivəsində Rusiya- böhranının nizamlanmasını müzakirə ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, iki ölkə liderləri Ankara və Minsk arasında ikitərəfli gündəliyi, Ukraynadakı müharibənin nəticələrini, eləcə də aktual regional və qlobal problemləri müzakirə ediblər.

Türkiyə Prezidenti Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymağa yönəlmiş addımların vacibliyini vurğulayıb.

Ərdoğan bildirib ki, Türkiyə sülh üçün səylərini və hər iki tərəflə səmimi əlaqələri davam etdirəcək.

Daha əvvəl Belarus Prezidentinin mətbuat xidməti Türkiyə ilə danışıqlar barədə məlumat yayıb, lakin iki lider arasında söhbətin təfərrüatları verilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax