Operativ Məlumat Mərkəzi

Türkiyə Prezidenti Yaxın Şərqin xəritəsinin dəyişdirilməsinə imkan verməyəcəklərini bildirib

2 dəq
Paylaş:
Türkiyə Prezidenti Yaxın Şərqin xəritəsinin dəyişdirilməsinə imkan verməyəcəklərini bildirib

Hücumlar İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi bir vaxtda baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidenti Rəcəb Tayyib İstanbulda İslam Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında zamanı bildirib.

Türkiyə Prezidenti deyib ki, Netanyahu hökuməti 13 iyun hücumları ilə danışıqlar prosesini sarsıtmağı hədəfləyib: "İsrail paytaxtı Qüds olan müstəqil Fələstin dövləti ilə dinc yanaşı yaşamaq əvəzinə müharibəni bütün bölgəyə yaymağa çalışır".

Ərdoğan bəyan edib ki, regionda Says-Piko (Britaniya imperiyası ilə Fransa arasında Osmanlı imperiyası tabeliyində olan Yaxın Şərq ərazisində təsir dairələrinin bölüşdürülməsinə dair saziş-red). düzəninin qurulmasına imkan verməyəcəklər.

Türkiyə lideri İsrail üzərində təsir gücünə malik olan ölkələrə bir daha müraciət edib və əlavə edib ki, bölgə başqa bir müharibəyə dözə bilməz.

“Biz İsrailə qarşı məcburi tədbirlər görmək üçün koordinasiyalı şəkildə səylərimizi davam etdirməliyik”, - Ərdoğan vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax