Operativ Məlumat Mərkəzi

Türkiyə MSK-nın sədri: “Seçkilərdə hər hansı mənfi hal qeydə alınmayıb”

2 dəq
Paylaş:
Türkiyə MSK-nın sədri: “Seçkilərdə hər hansı mənfi hal qeydə alınmayıb”

“Türkiyədə seçkilərində hər hansı mənfi hal qeydə alınmayıb”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener səsvermə başa çatandan sonra ilk açıqlamasında deyib.

O, indiyə qədər hansısa neqativ hadisənin baş vermədiyini söyləyib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı səsvermə başa çatıb. Hazırda seçki məntəqələrində səslər sayılır.

Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Ölkə daxilindəki seçici sayı 60 milyon 697 min 843 nəfərdir. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.

Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır - “Cümhur İttifaqı”nın namizədi, hakim və İnkişaf Partiyasının sədri, hazırkı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax