Əsas məzmuna keç

Türkiyə MSK-nın sədri: "Prezident seçkilərinə seçicilərin çox böyük marağı var"

Türkiyə MSK-nın sədri: "Prezident seçkilərinə seçicilərin çox böyük marağı var"

bunu seçkiləri müşahidə etmək üçün Azərbaycanda olan Türkiyə Yüksək Seçim Kurulunun (YSK) sədri Ahmet Yener deyib. “Səhər sırada gözləyən seçiciləri...

Bu gün Azərbaycanda keçirilən seçkilərinə seçicilərin çox böyük marağı var və seçkilər şəffaf şəkildə keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu seçkiləri müşahidə etmək üçün Azərbaycanda olan Yüksək Seçim Kurulunun (YSK) sədri Ahmet Yener deyib.

“Səhər sırada gözləyən seçiciləri görəndə əmin olduq ki, vətəndaşlar səsverməyə çox maraqlıdır və onların səsverməsi üçün lazımi şərait yaradılıb. Məntəqə üzvləri çox peşəkar davranır. Getdiyimiz məntəqələrdə nümayəndələrini, müşahidəçiləri gördük. Qadın seçicilərin marağı daha çoxdur və bu, bizi sevindirir", - YSK sədri bildirib.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar keçirilir. Seçkilərdə hakim Yeni Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…