Operativ Məlumat Mərkəzi

Türkiyə kəşfiyyatı PKK-nın aparıcı fiqurlarından birini zərərsizləşdirib

2 dəq
Paylaş:
Türkiyə kəşfiyyatı PKK-nın aparıcı fiqurlarından birini zərərsizləşdirib

Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Təşkilatı) Suriyanın şimalında keçirdiyi nəticəsində PKK qruplaşmasının aparıcı fiqurlarından biri Fatma Sakana zərərsizləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Haber Global”a istinadən xəbər verir ki, bu barədə MİT məlumat yayıb.

Bildirilib ki, Fatma Sakana 2012-ci ildə Türkiyənin Şırnak bölgəsində 10 hərbçinin şəhid edildiyi terror hücumunun fəallarından olub.

Məlumata görə, Fatma Sakana 2006-cı ildən İran ərazisində PKK-ya qatılıb. 2010-2012-ci illərdə Türkiyənin Şırnak bölgəsi yaxınlığında göstərib. Bu müddət ərzində Türkiyənin qüvvələrinə qarşı hücumlarda iştirak edib. 2014-cü ildə Suriyanın Ayn-əl-Arab bölgəsində PKK/YPG terror qruplaşmasının “məsul şəxsi” kimi fəaliyyətini davam etdirib. Bundan sonra İraq ərazisinə keçib ölkənin Süleymaniyyə və Hakurk rayonlarında fəallıq göstərib. 2018-ci ildə İraqın Mahmur bölgəsində Rüstəm Cudi terror düşərgsinin “məsul şəxsi” kimi fəaliyyət göstərib.
2021-ci ildə yenidən Suriyaya gedib. O, PKK/YPG-YPJ daxilində “məsul şəxs” kimi fəaliyyətə başlayıb. Sakana həm də PKK-nın İranda fəaliyyət göstərən PAJK dəstəsi Koordinasiyasının üzvü olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax