Əsas məzmuna keç

Turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar birinci oxunuşda təsdiqlənib

Turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar birinci oxunuşda təsdiqlənib

bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Turizm haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliyə...

Azərbaycanda turizm və rekreasiya zonalarının ərazilərində edilən halları birinci oxunuşda təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə “Turizm haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, turizm və rekreasiya zonalarının ərazilərində aşağıdakılar qadağan edilir:

- kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı ,

- iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti;

- tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti, habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət

- “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun əlavəsində nəzərdə tutulan fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (MTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət

Mövcud dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…