Əsas məzmuna keç

Tramp Venesuela ilə razılığa gəlməkdən qəsdən imtina etməkdə ittiham olunur

Tramp Venesuela ilə razılığa gəlməkdən qəsdən imtina etməkdə ittiham olunur

bu barədə The New York Times (NYT) amerikalı rəsmi şəxslərə istinadən məlumat yayıb.. Nəşrin qeyd etdiyinə görə, prezidentin xüsusi nümayəndəsi və...

"ABŞ prezidenti Tramp ilə razılaşma əldə etmək cəhdlərindən imtina edib. Bu isə alverçilərinə və Nikolas Maduronun hökumətinə qarşı mümkün hərbi əməliyyatların eskalasiyası üçün yol açıb".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə The New York Times (NYT) amerikalı rəsmi şəxslərə istinadən məlumat yayıb..

Nəşrin qeyd etdiyinə görə, prezidentin xüsusi nümayəndəsi və Kennedi Mərkəzinin icraçı direktoru Riçard Qrenell Maduro və Venesuelanın digər yüksəkvəzifəli rəsmiləri ilə danışıqlar aparırdı. Lakin oktyabrın 2-də yüksəkrütbəli hərbçilərlə görüş zamanı Tramp Qrenellə zəng edərək Maduronu da əhatə edən bütün diplomatik əlaqələrin dərhal dayandırılmasını tələb edib.

Bildirilib ki, Ağ Evin rəhbəri Maduronun ABŞ-nin hakimiyyətdən könüllü şəkildə imtina tələblərini yerinə yetirmək istəməməsindən və Venesuela rəsmilərinin narkotik alverinə aidiyyəti olmadığını iddia etməyə davam etmələrindən narazı qalıb.

Amerikalı rəsmilər bildiriblər ki, Tramp administrasiyası bir neçə hərbi eskalasiya planı hazırlayıb. Bu əməliyyatlar Maduronun hakimiyyətdən uzaqlaşdırılması planlarını da əhatə edə bilər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…