Əsas məzmuna keç

Tramp Ukraynanın öz ərazilərini qaytaracağına inanmır

Tramp Ukraynanın öz ərazilərini qaytaracağına inanmır

"Ukraynanın münaqişə zamanı Rusiyanın nəzarətinə keçən əraziləri qaytarmaq ehtimalı yoxdur".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ prezidenti deyib.

“Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması mümkün deyil. əraziləri işğal etdi, bu torpaq uğrunda vuruşdular, çoxlu əsgərlərini itirdilər. Düşünürəm ki, çoxları bunun mümkün olmadığını düşünür”.

Bununla belə, Tramp əlavə edib ki, bu ərazinin bir hissəsi geri qaytarıla bilər.

ABŞ prezidenti deyib ki, onun məqsədi müharibəni bitirməkdir. O, həmçinin bəyan edib ki, Ukraynanın NATO-ya üzv olması məsləhət deyil.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…