Əsas məzmuna keç

Tramp senator Rubionu dövlət katibi təyin edə bilər

Tramp senator Rubionu dövlət katibi təyin edə bilər

bu barədə “The Wall Street Journal” məlumat yayıb. 53 yaşlı Marko Rubio 2011-ci ildən Senatda işləyir. Ukrayna məsələsində Rubio danışıqların...

ABŞ-nin Respublikaçılar Partiyasından seçilmiş prezidenti Trampın ətrafı onun administrasiyası dövründə Marko təyin edəcəyini gözləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

53 yaşlı Marko Rubio 2011-ci ildən Senatda işləyir. məsələsində Rubio danışıqların tərəfdarıdır, onun fikrincə, bu, münaqişəyə son qoyacaq.

Aprel ayında o, Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq hərbi yardımın əleyhinə səs verən 15 respublikaçı senator arasında idi, lakin paket sonda Konqresin hər iki palatası tərəfindən təsdiqləndi və ABŞ prezidenti Co Bayden tərəfindən imzalandı.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…