Əsas məzmuna keç

Tramp administrasiyasından viza ilə bağlı daha bir qərar

Tramp administrasiyasından viza ilə bağlı daha bir qərar

ABŞ Prezidenti administrasiyası xarici tələbələrin ölkədə müddətini məhdudlaşdırmağı nəzərdə tutan yeni bir qayda layihəsi təqdim edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hazırkı tətbiqə əsasən, xarici F vizası ilə aldıqları müddətcə, müddət məhdudiyyəti olmadan ABŞ-də qala bilirdilər.

Yeni qaydaya görə bu müddət, təhsil proqramının müddətini aşmamaq şərti ilə maksimum 4 il ilə məhdudlaşdırılacaq.

Təhsillərini başa vuran tələbələr, ölkədə qalmaq üçün ya qanuni statuslarını yeniləməli, ya da 60 gün ərzində ölkəni tərk etməlidirlər.

Qeyd olunub ki, qayda layihəsi yalnız tələbələri deyil, mədəniyyət mübadilə proqramı iştirakçılarını və xarici media nümayəndələrini də əhatə edir.

Xarici media işçilərinin ABŞ-də qalma müddəti maksimum 240 gün olacaq, onlar müddət üçün uzadılma müraciəti edə biləcəklər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…