Operativ Məlumat Mərkəzi

Tokayev bu gün Türkiyəyə gedir

1 dəq
Paylaş:
Tokayev bu gün Türkiyəyə gedir

Prezidenti Kasım-Jomart , Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 28–29 iyul tarixlərində Ankarada rəsmi səfərdə olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı KİV məlumat yayıb.

Bildirilib ki, Səfər çərçivəsində Türkiyə–Qazaxıstan Yüksək Səviyyəli Strateji Şurasının 5-ci iclası keçiriləcək.

Prezidentlik Külliyəsində baş tutacaq görüşlərdə iki ölkə arasındakı genişləndirilmiş strateji tərəfdaşlığın mövcud vəziyyəti və bu tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə, həmçinin aktual qlobal və regional məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Heyətlərarası danışıqlar zamanı, Türkiyə ilə Qazaxıstan arasındakı münasibətlərin hüquqi bazasını möhkəmləndirəcək bir çox sənədin imzalanması nəzərdə tutulur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax