Əsas məzmuna keç

"TikTok"un yaş məhdudiyyətlərinə dair tədbirlərinin yetərsiz olduğunu dedilər

"TikTok"un yaş məhdudiyyətlərinə dair tədbirlərinin yetərsiz olduğunu dedilər

bununla bağlı xarici KİV məlumat yayıb. Kanada hökuməti ABŞ-də uzun müddətdir məlumat təhlükəsizliyi narahatlıqları səbəbilə satılması və ya bağlanması...

Kanadada bir araşdırma nəticəsində, ölkədə reşit yüz minlərlə istifadəçisi olan platformu ""un yaş məhdudiyyətlərinə dair tədbirlərinin yetərsiz və çox sayda uşağın həssas şəxsi məlumatlarını topladığı müəyyən edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Kanada hökuməti ABŞ-də uzun müddətdir məlumat təhlükəsizliyi narahatlıqları səbəbilə satılması və ya bağlanması gündəmdə olan "TikTok"la bağlı aparılan araşdırmanın hesabatını yayımlayıb.

Hesabatda qeyd olunur ki, "TikTok"un fərdi istifadəçi məzmunları və reklamlara qərar vermək üçün şəxsi məlumatları toplama və istifadə etmə üsulları Kanada məxfilik qanunlarına uyğunluq baxımından araşdırılıb.

Hesabatda bir çox əyalətdə 13 yaşdan aşağı uşaqlar üçün tətbiq olunan giriş məhdudiyyətinin icrası üçün "TikTok"un kifayət qədər tədbir görmədiyi vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…