Operativ Məlumat Mərkəzi

Teymur Rəcəbov: "Süni intellektə qarşı oynayırsansa, heç bir şansın yoxdur"

2 dəq
Paylaş:
Teymur Rəcəbov: "Süni intellektə qarşı oynayırsansa, heç bir şansın yoxdur"

"İndi şahmatda elə bir tendensiya var ki, qrossmeysterlərə, hətta peşəkarlara da çox kömək edir. ki, süni intellektə qarşı real oyun oynayırsansa, o zaman insanın praktiki olaraq heç bir şansı yoxdur".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu şahmatçısı Teymur Rusiyanın Sankt-Peterburq şəhərində İqtisadi Forum (SPIEF) çərçivəsində süni intellektə əsaslanan "Mendeleyev Chess" proqramından istifadə etməklə keçirilən sinxron şahmat sessiyası barədə "Matc TV"yə açıqlamasında deyib.

Sessiyada 4 qələbə qazanan 36 yaşlı qrossmeyster bildirib ki, orada iştirak edən oyunçuların qarşısında çətin tapşırıq var: "Biz qrossmeysterlər hər bir gedişdə orta səviyyəni kifayət qədər yüksəkdə saxlayırıq. Proqramın köməyi ilə oynayan şahmatçı isə çətin anlar yaşayır - bir səhv problemlərə səbəb olur. Amma proqram müdafiə səviyyəsini daha yüksək saxlamağa kömək edir, taktiki mövqelərdə bir insandan, hətta dünya çempionundan daha güclüdür".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax