Operativ Məlumat Mərkəzi

Tesla balans hesabatını açıqladı

2 dəq
Paylaş:
Tesla balans hesabatını açıqladı

ABŞ-nin elektrikli istehsalçısı Tesla-nın keçən ilin dördüncü rübündə və mənfəəti bazar gözləntilərindən aşağı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Tesla 2024-cü ilin son rübü üçün hesabatını açıqlayıb.

Müvafiq olaraq, şirkətin gəliri 2024-cü ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 2 25,7 milyard dollara çatıb. Tesla, 2023-cü ilin dördüncü rübündə 25,2 milyard gəlir əldə edib.

Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti eyni dövrdə yüzdə 71 azalaraq 2,3 milyard dollara düşüb. Tesla-nın xalis mənfəəti 2023-cü ilin dördüncü rübündə 7,9 milyard dollar olaraq hesablanıb.

Şirkətin əvvəlki ilin eyni dövründə 2,27 dollar olan səhm başına qazancı keçən ilin son rübündə 66 sentə düşüb.

Elektrikli avtomobil istehsalçısının gəliri keçən il yüzdə 1 artaraq 97,7 milyard dollara çatıb. Eyni dövrdə şirkətin xalis mənfəəti yüzdə 53 azalaraq 7,1 milyard dollar olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax