Operativ Məlumat Mərkəzi

"Tərtər işi" cinayət işi ilə bağlı dezinformasiyalar yayılıb

2 dəq
Paylaş:
"Tərtər işi" cinayət işi ilə bağlı dezinformasiyalar yayılıb

Bəzi səhifələrində şərti olaraq “Tərtər işi” adlandırılan cinayət işinə dair həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.

“Paylaşılan məlumatlarda olunmuş 3 üzrə şəxslərin sayı 700 nəfər göstərilsə də, bildiririk ki, həmin hadisələrə dair 2 cinayət işi üzrə 452 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edilən cinayət işləri üzrə 9 nəfər təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib, istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilmiş digər şəxslər və cinayət xarakterli xüsusatlar üzrə cinayət təqibi davam etdirilir.

Bir daha media nümayəndələri və istifadəçilərindən dövlət qurumları ilə dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatları yaymamaq xahiş olunur”, məlumatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax