Əsas məzmuna keç

Temperatur 4-6 dərəcə enəcək - XƏBƏRDARLIQ

Temperatur 4-6 dərəcə enəcək - XƏBƏRDARLIQ

bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, axşam və gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək...

Bakıda və yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərədək arabir yağış yağacağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bildirilib ki, axşam və gecə yarımadanın bəzi yerlərində leysan xarakterli , şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək.

Oktyabrın 25-də əsasən Azərbaycanın şərq rayonlarında, 26-da isə şimal və qərb rayonlarından başlayaraq 27-si axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qeyd edilib ki, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…