Operativ Məlumat Mərkəzi

Təkrar sertifikatlaşdırmadan keçməyən 50 müəllim digər işlə təmin edilib

2 dəq
Paylaş:
Təkrar sertifikatlaşdırmadan keçməyən 50 müəllim digər işlə təmin edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrindən 141 sertifikatlaşdırma imtahanından keçid balını toplaya bilməyib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, onların əmək müqaviləsinə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” və Respublikasının Əmək Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq 4 sentyabr 2023-cü il tarixində xitam verilib.

Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təkrar sertifikatlaşdırma prosesinin nəticəsinə əsasən, əmək müqaviləsi ləğv edilmiş təhsilverənlərlə işin təşkili məqsədilə BŞTİ-də komissiya yaradılıb.

Komissiya 5 sentyabr 2023-cü il tarixində fəaliyyətə başlayıb və bu müddət ərzində təkrar sertifikatlaşdırmadan müəllimlərlə görüş təşkil olunub, onların ailə tərkibi və sosial vəziyyəti barədə məlumatlar araşdırılıb. Hazırki dövrə kimi həmin şəxslərdən sosial baxımdan həssas qrupa aid 50 nəfər təhsil müəssisələrində digər vəzifələrdə işlə təmin edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax