Operativ Məlumat Mərkəzi

Təkrar sertifikatlaşdırma prosesi ilə bağlı 1081 apellyasiya müraciəti olub

1 dəq
Paylaş:
Təkrar sertifikatlaşdırma prosesi ilə bağlı 1081 apellyasiya müraciəti olub

Müəllimlərin iyunun 8-də təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətləri barədə məlumat onların şəxsi kabinetlərinə göndərilib.

İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 449-u məzmun, 632-si məsələ olmaqla, ümumilikdə 1081 apellyasiya müraciəti daxil olmuşdur.

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı araşdırılıb və səhv sual aşkarlanmayıb.

portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax