Əsas məzmuna keç

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan və 2025-ci ildə keçirilən təhsilverənlərin təkrar...

Bakı Şəhəri üzrə İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan və 2025-ci ildə keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesində keçid balını toplamayan müəllimlərlə başlayıb.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, BŞTİ-nin müvafiq əmrinə əsasən təkrar sertifikatlaşdırma prosesi zamanı uğur təhsilverənlərlə işin təşkili məqsədilə komissiya yaradılıb. Komissiyaya müraciət edən müəllimlərlə görüşlər iyulun 31-dək həftənin I-IV günləri saat 14:00-dan 17:00-dək BŞTİ-də keçiriləcək. Bu müddət ərzində təkrar sertifikatlaşdırmada uğur qazanmayan müəllimlərlə görüşlərdə onların ailə tərkibi və sosial vəziyyəti təhlil olunacaq, prioritetlər üzrə müvafiq qeyri-pedaqoji vakansiyalara uyğunluq meyarları müəyyənləşdiriləcək.

Komissiyaya müraciət edən müəllimlər şəxsiyyət vəsiqəsi, diplom və əmək kitabçasının surətlərini, həmçinin müvafiq sosial statusu təsdiq edən sənədləri təqdim etməlidirlər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…