Operativ Məlumat Mərkəzi

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu başlayıb

2 dəq
Paylaş:
Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu başlayıb

Təhsildə üzrə IX qrant müsabiqəsinə qəbulu başlayıb.

Bu barədə"Operativ Məlumat Mərkəzi-OMM"-ə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, Elm və “Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi”ni elan edir.

Müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində pedaqoji işçilər iştirak edə bilərlər.

Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 4 mart – 10 aprel 2025-ci il tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində maarifləndirmə sessiyaları həyata keçiriləcək. Bu barədə məlumat Elm və Təhsil Nazirliyinin və müsabiqənin rəsmi resurslarında paylaşılacaq.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax