Operativ Məlumat Mərkəzi

Tbilisidə müxalifətin mitinqi keçirilir

1 dəq
Paylaş:
Tbilisidə müxalifətin mitinqi keçirilir

Gürcüstanın “Vahid Milli ” partiyası Tbilisinin mərkəzində binası qarşısında aksiya keçirir.

"Operativ Məlumat Mərkəzi-OMM" yerli telekanallara istinadən xəbər verir ki, yüzlərlə insan həm parlamentin qarşısındakı meydana, həm də ona bitişik Rustaveli prospektinə toplaşıb, avtomobillərin hərəkəti dayandırılıb.

Aksiyanın təşkilatçıları hakimiyyətdən Aİ-yə namizəd statusu almaq üçün Avropa İttifaqının 12 tövsiyəsinə əməl etməyi tələb edir.

Parlamentin yaxınlığındakı etirazçılara qanunverici orqanın təxminən bir kilometrliyində Rustaveli metro stansiyasından yürüş edən gənclər hərəkatının üzvləri də qoşulub.

Tələblər arasında, həmçinin eks- Mixeil Saakaşvili və “Mtavari arxi” telekanalının baş direktoru Nika Qvaramiyanın həbsdən azad edilməsi də var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax