Operativ Məlumat Mərkəzi

Tayland əməliyyata başlayıb

2 dəq
Paylaş:
Tayland əməliyyata başlayıb

Silahlı Qüvvələri Kamboca ilə həmsərhəd olan Sa Kaeo əyalətində ölkənin suveren ərazisini almaq məqsədilə əməliyyata başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat Tayland Ordusunun Birinci Hərbi Bölgəsinin rəsmi açıqlamasında yer alıb.

Açıqlamada qeyd olunur ki, Burapha Xüsusi Qüvvələri artan gərginlik fonunda əməliyyatlara start verib.

Ordunun məlumatına görə, Kamboca qüvvələrinin Sa Kaeo sərhədi boyunca ən yüksək hazırlığına gətirilməsi, hərbi texnika və ağır silahların möhkəmləndirilmiş mövqelərə ardıcıl şəkildə daşınması müşahidə edilib.

Tayland tərəfi bu addımların iki ölkə arasında mövcud sülh razılaşmalarına zidd olduğunu bildirib.

Birinci Hərbi Bölgə elan edib ki, sərhəd xətti boyunca Tayland suverenliyinin pozulduğu əraziləri geri almaq üçün döyüş əməliyyatları davam etdirilir.

Tayland Xarici İşlər Nazirliyi daha əvvəl Kambocanı Sa Kaeo əyalətində yaşayış məntəqələrinin genişləndirilməsini dərhal dayandırmağa və Kamboca vətəndaşlarının həmin ərazilərdən təxliyəsini tələb etmişdi.

Söhbət Sa Kaeo əyalətindəki Ban Nong Çan kəndindən gedir. Bu ərazidə 1979-cu ildə Kamboca–Vyetnam münaqişəsi zamanı təxminən 13 min qaçqın məskunlaşmışdı. Münaqişə başa çatdıqdan sonra onların bir hissəsi burada qalmağa davam edib və Tayland hökuməti həmin dövrdə qaçqınların inteqrasiyasını təşviq edib. Daha sonra əraziyə nəzarəti Kamboca öz üzərinə götürüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax