Əsas məzmuna keç

Tatarıstanın Rəisi Prezident İlham Əliyevi təbrik edib

Tatarıstanın Rəisi Prezident İlham Əliyevi təbrik edib

məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi, möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə ali...

Rusiya Federasiyası Respublikasının Rəisi Rüstəm Minnixanov İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi, möhkəm cansağlığı və xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzularımı qəbul etməyinizi xahiş edirəm.

Siz doğma Vətəninizə yorulmadan və sədaqətlə xidmət göstərir, onun sistemli sosial-iqtisadi və ictimai-siyasi inkişafını, sabitliyini təmin edir, ardıcıl olaraq mühüm strateji təşəbbüslər həyata keçirirsiniz.
Qoy bütün planlarınız bundan sonra da həmvətənlərinizin yekdil dəstəyi ilə səmərəli şəkildə reallaşsın, Azərbaycan Respublikasında və aləmdə sahib olduğunuz yüksək nüfuz əhəmiyyətli məqsədlərinizə çatmağınıza kömək olsun!

Çoxşaxəli Rusiya-Azərbaycan tərəfdaşlığı və qlobal sülh naminə Tatarıstan və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə ümidvar olduğumu bildirirəm.

Sizə və yaxınlarınıza xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…