Əsas məzmuna keç

Tailand parlamenti 2026-cı ilin yanvarında buraxılacaq

Tailand parlamenti 2026-cı ilin yanvarında buraxılacaq

bu barədə hökumətin proqram bəyanatı ilə çıxış edən yeni baş nazir Anutin Çanvirakun məlumat verib. Tailand PBS-in xəbərinə görə, baş nazir rəhbərlik...

Tailand parlamentinin Palatası 2026-cı il yanvarın 31-də buraxılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə hökumətin proqram bəyanatı ilə çıxış edən yeni Anutin Çanvirakun məlumat verib.

Tailand PBS-in xəbərinə görə, baş nazir rəhbərlik etdiyi kabinetin müvəqqəti xarakter daşıdığını və əsas məqsədinin “davamlı inkişaf üçün möhkəm zəmin yaratmaq” olduğunu vurğulayıb.

Onun sözlərinə görə, hökumətin səlahiyyət müddətinin ilk günü kimi 1 oktyabr qəbul ediləcək, dörd ay sonra isə buraxılacaq. Bu halda növbədənkənar seçkilərin 2026-cı ilin aprel və ya mayında keçirilməsi gözlənilir.

Çanvirakun hökumətinin əsas prioritetləri arasında Kamboca ilə sərhəd mübahisəsinin sülh yolu ilə həlli, turizm sənayesinin bərpası, qiymətlərin aşağı salınması və vətəndaş rifahının yaxşılaşdırılması göstərilib. Yeni kabinet həmçinin konstitusiyaya düzəlişlər üzrə referendumun keçirilməsini dəstəkləməyi planlaşdırır.

Xatırladaq ki, 58 yaşlı Anutin Çanvirakun sentyabrın 5-də parlamentin qərarı ilə baş nazir seçilib. O, daxili işlər naziri və baş nazirin müavini, 2019–2023-cü illərdə isə səhiyyə naziri kimi göstərib. Yeni hökumət Xalq Partiyası ilə əldə olunan razılaşma əsasında cəmi dörd ay fəaliyyət göstərəcək, bundan sonra parlament buraxılacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…