Operativ Məlumat Mərkəzi

Tailand Kamboca sərhədi yaxınlığında əməliyyata başlayıb

2 dəq
Paylaş:
Tailand Kamboca sərhədi yaxınlığında əməliyyata başlayıb
bu barədə Tailand Sərhəd Mühafizə Qüvvələrinin Qərargahı məlumat yayıb. Bu məqsədlə 24 saat patrul xidməti və kəşfiyyat aparmaq üçün əməliyyat keçirilən...

Hərbi Dəniz Qüvvələri dəniz və hava qüvvələrinin iştirakı ilə Kamboca sərhədi yaxınlığında əməliyyata başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tailand Sərhəd Mühafizə Qüvvələrinin Qərargahı məlumat yayıb.

Bu məqsədlə 24 saat patrul və kəşfiyyat aparmaq üçün keçirilən əraziyə “HTMS Thepa” döyüş gəmisi cəlb olunub.

Hərbi Dəniz Qüvvələri Tailand balıqçılarını Kamboca ilə dəniz sərhədi yaxınlığına çıxmaqdan çəkinməyə çağırıb.

Qeyd edək ki, Kamboca və Tailand arasında toqquşmalar bir neçə gün əvvəl yenidən intensivləşib. Dekabrın 8-də Tailand Hərbi Hava Qüvvələri Kamboca mövqelərinə F-16 qırıcı təyyarələri ilə zərbələr endirib. Əməliyyat Kambocanın Tailand hərbi obyektlərinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib, nəticədə bir Tailand həlak olub, dörd nəfər yaralanıb.

Tailandın və Daxili İşlər naziri Anuthin Charnvirakoon hökumətə hərbi əməliyyatlar aparmaq səlahiyyəti verən xüsusi qətnamə imzalayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax