Operativ Məlumat Mərkəzi

Şuşada sülhməramlıların "KamAZ"ı aşıb

1 dəq
Paylaş:
Şuşada sülhməramlıların "KamAZ"ı aşıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şuşa rayonu, Şuşa-Laçın avtomobil yolunun Turşsu kəndi yaxınlığından keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Şuşa Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal ünvanına cəlb olunub.

Hadisə yerində qiymətləndirilərkən Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus “KamAZ” markalı, həcmi 8 ton olan yanacaqdaşıyan avtomobilin yol kənarına aşması ilə yanğınla nəticələnən yol- hadisəsinin baş verdiyi müəyyən olunub. Hadisə zamanı yol kənarında dayanan erməni vətəndaşlara məxsus "Hummer" və "Mercedes" markalı avtomobillərdə də yanğın baş verib.

Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək ətraf ərazilərə yayılmasına imkan verilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax