Operativ Məlumat Mərkəzi

Şuşada anşlaqla keçən “Dövrü-səda” konsert proqramı

2 dəq
Paylaş:
Şuşada anşlaqla keçən “Dövrü-səda” konsert proqramı

Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın sevilən məkanlarından birində – Natəvanın evi qarşısında “Dövri-səda” adlı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, konsertdə artist Vüqar Camalzadənin sistemi üzrə bəstələdiyi 8 musiqinin Qədim Musiqi Alətləri Ansamblının ifasında təqdimatı olub. Vüqar Camalzadə Şuşada belə bir gözəl tədbirin təşkilinə görə Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Ədvar Şərq musiqisində “sistemçilik” adı ilə məşhur məktəbin banisi Səfiəddin Urməvinin yaradıcılığının Şərq musiqi nəzəriyyəsi sahəsində ən böyük nailiyyətidir. Ədvar sistemi ilə , eləcə də bütün Şərq musiqisinin əsasını təşkil edən səs kompleksləri sistemi qaydaya salınır.

Konsertdə Xalq artistləri Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova, xanəndələr Rövşən Məmmədov, Hüseyn Məlikov, Aysel İbrahimova və digərləri Molla Pənah Vaqifin qəzəlləri ilə yanaşı, Xəqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mir Həmzə Nigari, Mir Möhsüm Nəvvab, Nizami Gəncəvi, Şah İsmayıl Xətainin ölməz əsərlərindən parçalar ifa edib, hər ifadan əvvəl isə qiraətçilər qəzəllərdən parçalar təqdim ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax