Əsas məzmuna keç

Suriyanın yeni hakimiyyətinin lideri ilk xarici səfərini Türkiyəyə edəcək

Suriyanın yeni hakimiyyətinin lideri ilk xarici səfərini Türkiyəyə edəcək

Suriyanın yeni hakimiyyətinin əş-Şəra ilk xarici səfərini Türkiyəyə edəcək və bu səfər ən qısa müddətdə baş tuta bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə "Yeni Şafak" qəzeti məlumat verib.

Nəşrin məlumatına görə, səfər yaxın günlərdə baş tutmalı idi, lakin proqramda edilən dəyişikliklər səbəbindən təxirə salınıb. Səfər çərçivəsində əş-Şəranın Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. Qəzet yazır ki, Suriyanın yeni hakimiyyətinin lideri Bəşər Əsəd administrasiyasının devrilməsində göstərdiyi dəstəyə görə ona təşəkkür etmək niyyətindədir.

Nəşr xatırladır ki, Suriyada müxalifətin hakimiyyətə gəlməsindən sonra Dəməşqə səfər edən ilk xarici nümayəndə Türkiyə kəşfiyyat xidmətinin rəhbəri İbrahim Kalın olub. Ondan sonra Suriya paytaxtına Türkiyənin naziri səfər edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…