Operativ Məlumat Mərkəzi

Suriya və İraqdan 8 nəfər Azərbaycana repatriasiya edilib

2 dəq
Paylaş:
Suriya və İraqdan 8 nəfər Azərbaycana repatriasiya edilib

Suriyadan sentyabrın 18-də altı, İraqdan oktyabrın 7-də iki nəfər Azərbaycana repatriasiya edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, və İraqdan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan dövlət qurumlarının nümayəndələri və İraqa ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

Azərbaycanın həmin ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlar Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin edilib və nümayəndə heyətinin müşayiəti əsasında qeyd olunan şəxslərin Azərbaycana repatriasiyası həyata keçirilib.

Qeyd edilib ki, repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

"Azərbaycan Respublikası hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir", - deyə məlumatda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax