Operativ Məlumat Mərkəzi

Suriya Prezidenti Rusiya-Ərəb sammitində nümayəndə heyətinə rəhbərlik edəcək

1 dəq
Paylaş:
Suriya Prezidenti Rusiya-Ərəb sammitində nümayəndə heyətinə rəhbərlik edəcək

Suriyanın keçid dövrünün Prezidenti Əhməd əş-Şaraa, oktyabrın 15-də Moskvada keçiriləcək birinci - sammitində ölkəsinin milli nümayəndə heyətinə rəhbərlik edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə səfirliyi məlumat yayıb.

Bildirilib ki, bu qərar Rusiya baş nazirinin müavini Aleksandr Novak və Suriyanın naziri Əsəd əş-Şibani tərəfindən Dəməşqdə keçirilən konfransında elan olunub.

Qeyd edək ki, bu sammit Ərəb Dövlətləri Liqasına üzv ölkələrlə Rusiya Federasiyasını bir araya gətirən ilk görüş olacaq və Yaxın Şərq, Şimali və Şərqi Afrika ölkələrinin iştirakı ilə baş tutacaq. Görüşün əsas məqsədi siyasi, iqtisadi və regional əməkdaşlığın genişləndirilməsidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax