Operativ Məlumat Mərkəzi

Suriya DİN keçmiş rejimin üzvlərini silahlarını təhvil verməyə çağırıb

2 dəq
Paylaş:
Suriya DİN keçmiş rejimin üzvlərini silahlarını təhvil verməyə çağırıb

Keçid hökuməti çərçivəsində fəaliyyət göstərən Daxili İşlər Nazirliyi Bəşər Əsəd rejiminin üzvlərini silahlarını səlahiyyətli orqanlara verməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbr verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

“Bütün ölkədə təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində davam edən səylərimizin bir hissəsi olaraq, keçmiş rejimin üzvlərini və ya müxtəlif ərazilərdə devrilmiş rejimdən qalan silahları aşkar etmiş vətəndaşları bu silahları dərhal səlahiyyətli orqanlara təhvil verməyə çağırırıq”.

Keçid hökumətindəki Daxili İşlər Nazirliyinin rəhbəri Məhəmməd Əbdül Rəhmanın sözlərinə görə, hakimiyyət keçmiş rejim üzvlərinin və əhalinin əlindəki silahların təhvil verilməsi üçün son tarix qoyub.

“Silahlar göstərilən müddət başa çatana qədər təhvil verilməzsə, səlahiyyətli orqanlar silahı olan şəxslərə qarşı qanuni məhdudlaşdırıcı tədbirlər görəcəklər”, - deyə o əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax