Əsas məzmuna keç

Suriya Bəşər Əsədin devrilməsinin ildönümünü qeyd edir

Suriya Bəşər Əsədin devrilməsinin ildönümünü qeyd edir

bununla bağlı paytaxt Dəməşqdə hərbi parad keçirilib. Paradda Suriya Prezidenti Əhməd əl-Şaraa və hökumət üzvləri iştirak edib. Qeyd edək ki, ötən il...

Suriyada sabiq Əsədin devrilməsinin birinci ildönümü qeyd olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı paytaxt Dəməşqdə hərbi parad keçirilib.

Paradda Prezidenti Əhməd əl-Şaraa və üzvləri iştirak edib.

Qeyd edək ki, ötən il dekabrın 8-də Suriyada Bəşər Əsəd rəhbərliyindəki hökumət devrilib. Beləliklə, ölkədə 2011-ci ildən bəri davam edən müharibəsindən sonra ölkənin siyasi-ictimai həyatında yeni səhifə açılıb.

Devrilmiş prezident Bəşər Əsəd Rusiyadan siyasi sığınacaq alıb. Suriyanın hazırkı hökuməti dəfələrlə Rusiyadan onun ekstradisiyasını tələb etsə də, müsbət cavab ala bilməyib.

Əsədin hakimiyyət dövrü vətəndaş müharibəsi, mülki əhalinin qətliamı, sürgünü, insan haqlarının kobud şəkildə pozulması, işgəncələr, ağır iqtisadi şərait, milyonlarla suriyalının öz ölkəsindən didərgin düşməsi və digər neqativ hallarla müşahidə olunur.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…